EMTA-da Avropa Enerji Tənzimləyiciləri Şurasının seminarı keçirilib

image

Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) 4-5 iyul tarixlərində Avropa Enerji Tənzimləyiciləri Şurasının (Council of European Energy Regulators - CEER) təşkilatçılığı ilə seminar keçirilib.

Renewables.az-a EMTA-dan verilən məlumata görə, iki gün davam edən seminarda “Tətbiq olunan müxtəlif vahid alıcı modellərinə baxış”, “Avropa İttifaqının daxili enerji bazarının inkişafı”, “Transsərhəd ticarətin inkişafı”, “Regional yanaşma (Enerji Birliyi ölkələri)”, “Azərbaycanda rəqabətli elektrik enerjisi bazarına mərhələli keçid” mövzularında təqdimatlar nümayiş etdirilib.

Təqdimatlarda Macarıstan, Kanada və Enerji Birliyi ölkələrində tətbiq olunan vahid alıcı modelləri, Avropa İttifaqının daxili enerji bazarının inkişafı və bazar modelləri, Enerji Birliyi ölkələrinin timsalında transsərhəd ticarətin inkişafı, eyni zamanda, Azərbaycanın da iştirak etdiyi yaşıl enerji dəhlizinin yaradılması prosesi və digər məsələlər barədə məlumat verilib.

Seminarda sözügedən mövzular ətrafında iştirakçılarla birgə fikir mübadiləsi aparılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *