Energetika naziri “Qazprombank”ın birinci vitse-prezidentini qəbul edib

image

Energetika naziri Pərviz Şahbazov “Qazprombank”ın birinci vitse-prezidenti, kapital bazarları blokunun rəhbəri Denis Şulakovun başçılıq etdiyi nümayəndə heyətini videokonfrans formatında qəbul edib.

"Berpaolunanenerji.az" energetika nazirliyinə istinadən xəbər verir ki, görüşdə energetika sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə bərpaolunan enerji potensialı, sektorda davam edən islahatlar, görülən işlər və nəzərdə tutulan planlar, həmçinin bu prosesin özəl sektor üçün yaradacağı imkanlar diqqətə çatdırılıb.

Bank təmsilçiləri tərəfindən isə aşağı karbonlu iqtisadiyyata keçid, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və enerji effektivliyi tədbirləri üçün istifadə edilə bilən “yaşıl istiqraz”lar, “yaşıl investisiya”lar və “yaşıl maliyyələşmə” mexanizmləri haqqında məlumat verilib.

Görüşün sonunda müvafiq sahədə müzakirələrin davam etdirilməsi qərara alınıb.

Renewables.az Renewables.az

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *