Energetika nazirliyində "Novatek" şirkətinin nümayəndələri ilə görüş olub – FOTO

image

Energetika Nazirliyində Rusiyanın ən böyük müstəqil təbii qaz istehsalçısı - “Novatek” şirkətinin alim və mütəxəssislərdən ibarət nümayəndə heyətilə görüş keçirilib.

“Berpaolunanenerji.az”ın nazirliyə istinadən verdiyi məlumata görə, tədbir Moskva Neft-qaz Biznesi İnstitutunun həyata keçirdiyi “Xəzər regionunun ən iri neft-qaz layihələri: biznesin əhəmiyyəti və texnologiyaların inkişafı” beynəlxalq təhsil proqramı çərçivəsində baş tutub.

Görüşdə energetika sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün elmi-texniki sahələr üzrə məlumat və təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətinə toxunulub. Beynəlxalq təhsil proqramlarının həyata keçirilməsinin işgüzar əlaqələrin inkişafına, eləcə də sosial kapitalın möhkəmlənməsinə, qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində kadr potensialının hazırlanmasına mühüm töhfələr verə biləcəyi vurğulanıb.

Nümayəndə heyətinə ölkəmizin neft-qaz sənayesinin tarixi, müstəqillik illərində həyata keçirilən qlobal və transregional layihələr, o cümlədən “Əsrin Müqaviləsi”, “Şahdəniz” və “Cənub Qaz Dəhlizi” layihələri haqqında məlumat verilib, müvafiq sahələrdə əldə olunmuş nailiyyətləri özündə əks etdirən videoçarx nümayiş etdirilib. Həmçinin elektroenergetika, bərpaolunan enerji, enerji səmərəliliyi sahələri üzrə aparılan islahatlar, perspektiv planlar, həyata keçirilən layihələr barədə təqdimatlar edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *