Enerji ehtiyacını qarşılamaq üçün ən çox turbinə ehtiyacı olan Avropa şəhərləri hansıdır?

image

"Uswitch.com" tərəfindən açıqlanan datalara görə, Moskva və London kimi iri şəhərlərin elektrik enerjisi ehtiyacını külək enerjisindən qarşılamaq üçün şəhər ərazisinin 150 %-dən artıq əraziyə ehtiyac var. Belə ki, Rusiya paytaxtı Moskva şəhərinin enerji ehtiyacını qarşılamaq üçün 3.781 dəniz külək turbininə ehtiyacı var. İngiltərənin paytaxtı Londonun isə 1.491 dəniz külək turbininə və 2.920 km2 əraziyə ehtiyacı var.

İngiltərə, Almaniya və Çin kimi ölkələr digər ölkələrə nisbətən daha böyük külək parklarına sahibdir. İngiltərənin enerji ehtiyacının 20 %-ni külək qarşılayır. Cəmi 120 minlik əhalisi və 275 min km2 ərazisi olan, İslandiyanın paytaxtı Reykyavik şəhərinin enerji ehtiyacını qarşılamaq üçün sadəcə 48 dəniz külək turbini kifayətdir. 

Enerji ehtiyacını qarşılamaq üçün ən çox külək turbininə ehtiyacı olan 10 Avropa ölkəsinin siyahısını təqdim edirik

Renewables.az

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *