"Ernst & Young": "Ağıllı kənd"də alternativ enerji hesabına 1,3 milyon manata qənaət edilib"

image

Zəngilan rayonunun Ağalı kəndində salınmış "Ağıllı kənd"də alternativ enerji mənbələri hesabına 1 milyon 298 min manata qənaət edilib.

"Berpaolunanenerji.az" “Report”a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda "Ernst & Young" ("E&Y") beynəlxalq audit şirkətinin Azərbaycandakı nümayəndəsi Fidan Sadıxlı deyib.

Onun sözlərinə görə, layihə icra edilərkən alternativ mənbələrdən əldə edilmiş elektrik enerjisinin həcmi 5 997 397 kVt-saat, istifadə edilmiş elektrik enerjisinin həcmi isə 3 139 252 kVt-saat olub, son nəticədə 2 858 145 kVt-saat enerji artıq qalıb. Üstəlik, bərpa olunan enerji mənbələri hesabına 1 315 ton karbon dioksidin qarşısı alınıb, 657 373 kubmetr təbii qaza qənaət edilib. Bütün bunların monetar təsirinin dəyəri 556 137 manat təşkil edib.

Bundan başqa, kənddəki binaların isidilməsi üçün alternativ mənbələrdən 2 105 093 kVt-saat enerji əldə edilib, 968 ton karbon dioksidin qarşısı alınıb, 484 172 kubmetr təbii qaza qənaət edilib. Bütün bunların monetar təsirinin dəyəri 409 609 manat olub.

Kənddəki evlərin elektik enerjisi ilə təmin edilməsi üçün isə alternativ mənbələrdən 668 151 kVt-saat enerji əldə edilib, 307 ton karbon dioksidin qarşısı alınıb, 153 675 kubmetr təbii qaza qənaət edilib. Bütün bunların monetar təsirinin dəyəri 130 009 manat təşkil edib.

Yaşayış binalarının isti su ilə təchizatı üçün isə alternativ mənbələrdən 746 243 kVt-saat enerji əldə edilib, 343 ton karbon dioksidin qarşısı alınıb, 171 636 kubmetr təbii qaza qənaət edilib. Bütün bunların monetar təsirinin dəyəri 145 204 manat olub.

Enerji istehsal edən texnologiyaların, tullantıların emalı qurğusu, su nasosu, smart sistem və küçə işıqlandırılması üzrə isə alternativ mənbələrdən 243 434 kVt-saat enerji əldə edilib, 135 ton karbon dioksidin qarşısı alınıb, 67 490 kubmetr təbii qaza qənaət edilib. Bütün bunların monetar təsirinin dəyəri 57 096 manat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *