"Facebook" 100% bərpa olunan enerji hədəfinə çatdığını açıqladı

image

Facebook artıq bərpa olunan enerji mənbələrindən güc aldığını və tamamilə sıfır emissiyaya çatdığını açıqlayıb. Şirkət külək və günəş layihələrinə 8 milyard dollar xərcləyib.

Şirkət 2018-ci ildə məqsəd qoyduğu 100% bərpa olunan enerji hədəfinə 3 il ərzində çataraq, dünyanın ən böyük yaşıl enerji alıcılarından biri oldu. Sosial media nəhəngi 63 bərpa olunan enerji layihəsi ilə ofis və data mərkəzinin elektrik ehtiyacını yaşıl enerjidən qarşılayır.

Facebook şirkəti 18 əyalət və 5 ölkədə toplam gücü 6 qeqavatdan çox olan külək və günəş enerjisi anlaşması imzalayaraq hədəfinə çatıb.

Şirkətin "Sustainability Report 2019" hesabatında verilən məlumata görə, şirkətin bərpa olunan enerji mənbələrindən istifadə göstəricisi 2015-ci ildə 35%, 2016-cı ildə 44%,2017-ci ildə 51%, 2018-ci ildə 75%, 2019-cu ildə isə 86% olub.

Şirkətin təsisçisi Mark Zukerberq külək və günəş enerjisi istehsalı üçün 63 layihəyə 8 milyard dollar xərclədiyini və on minlərlə insana yeni iş yerlərinin yaradıldığını açıqlayıb.

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *