Fransa hökuməti ölkənin yenilənmiş milli hidrogen strategiyasının bir hissəsi olaraq aşağı karbonlu hidrogen layihələrinin inkişafı üçün dövlət-özəl müqavilələr şəklində 4 milyard avro subsidiya ayıracaq.
Renewables.az "Euractiv"ə istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) 2030-cu ilə qədər ildə 10 milyon ton yaşıl hidrogen istehsal etməyi və Avropanın Rusiyanın qalıq yanacaqlarından asılılığını azaltmaq üçün keçən il təqdim etdiyi "REPowerEU" planının bir hissəsi kimi eyni miqdarda idxal etməyi hədəfləyir.
Bu hədəfə çatmaq üçün Aİ ölkələri fərqli strategiyalar təklif edir, Fransa yerli istehsala üstünlük verir və Almaniya daha çox idxala arxalanır.
Hökumət yaxın həftələrdə aşağı karbonlu hidrogen istehsal gücünün inkişafına 4 milyard avro subsidiyanın ayrılması üçün fərman qəbul ediləcəyini açıqlayıb. Bildirilir ki, fərman ümumi gücü 1 qiqavat və ya ildə təqribən 140,000 ton istehsal olan bir neçə layihəni dəstəkləmək məqsədi daşıyır.
Rəylər (0):