Günəş elektrik stansiyalarında panelləri təmizləyən robot sistemləri haqqında

image

Günəş elektrik stansiyalarında panelləri tozdan, qardan, yağışdan təmizləmək üçün robotlardan istifadə olunur. Təmizləyici robot sistemlərində sudan istifadə olunmur və yumşaq fırçalar panelləri zədələmir.

Renewables.az Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaydığı maarifləndirici məlumata istinadən xəbər verir ki, avtonom şəkildə hərəkət edən robotlar əl ilə təmizləmə ehtiyacını aradan qaldırır və təhlükəsizliklə bağlı riskləri azaldır. Müxtəlif relyeflərdə quraşdırıla bilən sistemin üstün cəhətlərindən biri də odur ki, uzaqdan rahat bir şəkildə idarə olunur və bu da robotlara nəzarət etməyə imkan verir.

Məlumat üçün bildirək ki, hazırda təmizləyici robot sistemindən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasında istifadə olunur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *