Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən Qobustan Günəş Elektrik Stansiyası üzrə layihə çərçivəsində təkliflər sorğusu mərhələsinin tələblərinə uyğun olaraq hərracın təşkil ediləcəyi əraziyə (Bakı şəhəri, Qaradağ rayonu, Pirsaat qəsəbəsi ərazisində yerləşən 300,77 hektar torpaq sahəsi) hərracda iştirak edəcək və ixtisas uyğunluğu tələblərinə uyğun hesab edilən şirkətlərin nümayəndələri, Hərrac komissiyasının üzvləri və AYİB-in nümayəndələri ilə birgə baxış keçirilib.
Renewables.az-a bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən bildirilib.
Hərrac komissiyyanın sədri Kamran Hüseynov tərəfindən şirkət nümayəndələrinə stansiyanın tikiləcəyi ediləcəyi ərazi haqqında ətraflı məlumat verilib.
Sonda ərazi ilə bağlı şirkət nümayəndələri tərəfindən ünvanlanan suallar Komissiyasının sədri və layihəyə cəlb olunan məsləhətçi şirkətin nümayəndələri tərəfindən cavablandırılıb.
Rəylər (0):