Səudiyyə Ərəbistanının iri miqyaslı günəş enerji layihəsi olan, 300 MVt gücündəki "Sakaka GES"in tam qoyuluş gücü ilə işləməsi səbəbilə 8 aprel 2021-ci ildə tədbir keçirilib.
"Saudi Press Agency"nin verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Enerji naziri Şahzadə Əbdüləziz bin Salmanın da iştirak etdiyi tədbirdə həmçinin, qoyuluş gücləri 2,970 MVt olacaq 7 günəş enerji layihəsi üçün anlaşma müqavilələri imzalandı.
İmzalanan "Şuayba GES" layihəsinin 1,04 ABŞ $/kVs ilə "günəş enerjisində dünya üzrə ən aşağı qiymət"lə elektrik satışı həyata keçiriləcək. "ACWA Power", "Al-Babtain Holding" və "Körfəz Əməkdaşlıq Şurası" tərəfindən həyata keçiriləcək layihənin qoyuluş gücü 600 MVt olacaq və 25 il boyunca qeyd edilən qiymətdən elektrik alışı zəmanəti əldə edəcək.
Tədbirdə imzalanan digər layihə "Sudayr GES" 1,500 MVt qoyuluş gücünə sahib olacaq. "ACWA Power"in 50% ortaqlığı ilə inşa ediləcək layihə 1,239 ABŞ $/kVs elektrik alışı zəmanəti əldə edəcək.
Digər beş layihə isə yerli pulla alış zəmanəti alacaq. "Masdar", "EDF Renouvelables S.A.," və "Nesma" tərəfindən inşa ediləcək "Ciddə GES" 300 MVt gücündə olacaq. Digər günəş enerji layihələri-"Marubeni" və "Al Jomaih E&W" tərəfindən inşa ediləcək "Rabiğ GES" 300 MVt; "ACWA Power", "Al-Babtain Holding" və "Körfəz Əməkdaşlıq Şurası" tərəfindən həyata keçiriləcək "Qurəyyət GES" 200 MVt; "Al Blagha Holding", "Al Fanar", "Desert Technologies Industries CJSC" tərəfindən inşası baş tutacaq "Mədinə GES" 50 MVt; "Al Blagha Holding", "Al Fanar", "Desert Technologies Industries CJSC" tərəfindən inşa olunacaq "Rafha GES" layihəsinin qoyuluş gücü isə 20 MVt olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Rəylər (0):