Günəş elektrik stansiyalarının inşası üçün günəş radiasiyası necə ölçülür?
Renewables.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi sosial şəbəkələrdəki hesablarında maarifləndirici paylaşım edib.
Günəş elektrik stansiyalarının inşası üçün günəş radiasiyasının ölçülməsi zəruridir. Radiasiyanın düzgün qiymətləndirilməsi istehsal olunacaq elektrik enerjisinin miqdarını müqayisəli şəkildə dəqiq hesablamağa imkan verməklə yanaşı, həm də günəş enerjisi layihələrinin etibarlılığını artırır.
Əraziyə düşən günəş radiasiyasının miqdarı 1 kvadrat metr üfüqi səthə vahid zamanda düşən radiasiyanın miqdarı, perpendikulyar səthə vahid zamanda düşən düz radiasiyanın miqdarı və səpələnmiş radiasiyanın miqdarı ilə xarakterizə olunur. Bu göstəricilər Günəş Monitorinq Stansiyalarında (GMS) piranometr, pirheliometr və kölgəli piranometr vasitəsilə ölçülür.
Azərbaycanda Günəş Monitorinq Stansiyalarından Qobustan, Samux, Suraxanı, Pirallahı, Xal-Xal kimi günəş elektrik stansiyalarında istifadə edilib. 2021-ci ildə Zəngilan və Cəbrayıl rayonları ərazisində 2 GMS quraşdırılıb.
Rəylər (0):