Gürcüstan Azərbaycan-Avropa İttifaqının (Aİ) “yaşıl dəhliz” layihəsində tərəfdaşlarla daha sıx əməkdaşlıqda maraqlıdır.
Renewables.az-ın yerli mediaya istinadən xəbərinə görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu ölkənin paytaxtında Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən Rəhbərlər Şurasının sessiyasının açılışında çıxış edərkən bildirib.
Baş nazir qeyd edib ki, Qara dənizin dibi ilə elektrik və internet kabellərinin çəkilməsi, Qara dəniz boyunca bərə daşımaları və qarşılıqlı əlaqəni yaxşılaşdırmaqla bağlı digər layihələri təşviq etmək üçün tərəfdaşlarımızla daha sıx işləməyi gözləyirik”.
Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili panel müzakirələri zamanı çıxışında bərpa olunan enerji mənbələrinin inkişafı üçün Cənubi Qafqaz regionunun bütün ölkələrinin potensialından istifadə olunmasını bildirib.
Nazir bildirib ki, ölkəsi Azərbaycan-Avropa İttifaqı “yaşıl dəhliz” layihəsinin həyata keçirilməsi üçün özəl sektoru cəlb edəcək.
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında imzalanmış Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsi layihəsinə toxunan gürcü nazir deyib: “Ümid edirəm ki, layihə ilə bağlı texniki-iqtisadi əsaslandırmanın nəticələri yaxın bir neçə ay ərzində əldə oluna bilər. Bu layihə çərçivəsində biz regiondakı tərəfdaş ölkələrlə əməkdaşlıq edirik. Bundan əlavə, biz özəl sektor vasitəsilə maliyyə vəsaitlərinin cəlb edilməsi üzərində işləyirik”.
Rəylər (0):