Hidrogenə yatırılan investisiyalar 2050-ci ilədək 15 trln. dollara çata bilər

image

Hidrogendən istifadə edən sahələrin və enerji sektorunun dekarbonlaşdırılması 2050-ci ilədək 15 trln. dollar məbləğində investisiya tələb edə bilər.

"Berpaolunanenerji.az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə "Enerji Keçidi üzrə Komissiya"nın (ETC) ötən gün dərc olunan hesabatında bildirilir.

Hesabata görə, 2030-cu ilin sonunda investisiya ən yüksək həddə çatacaq və ildə 800 mlrd. dollar təşkil edəcək. 

Qeyd olunur ki, əsrin ortalarında illik hidrogen istehlakı hazırkı 115 mln. tondan 500-800 mln. tona qədər artacaq, bu da enerjiyə olan ümumi tələbatın 15-20%-ni təşkil edir.

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *