Türkiyə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin Nizamnaməsini imzalayıb.
Renewables.az “Report”a istinadla xəbər verir ki, Nizamnamə İƏT-in Nazirlər Şurasının oktyabrın 10-da Şuşada keçirilən 27-ci iclası çərçivəsində bu ölkənin xarici işlər naziri Hakan Fidan tərəfindən imzalanıb.
Bundan başqa, iclasın yekunlarına dair gələcək regional əməkdaşlığın gələcək addımlarını müəyyən edən bəyanat qəbul olunub.
Xatırladaq ki, 27 noyabr 2021-ci il tarixində Aşqabadda keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında ölkəmizin İƏT Təmiz Enerji Mərkəzinə ev sahibliyi rəsmi şəkildə təsdiq edilib. Bu mərkəz Birləşmiş Millətlər Təşkilatının (BMT) Sənaye İnkişafı Təşkilatının (UNİDO) Davamlı Enerji Mərkəzlərinin Qlobal Şəbəkəsinin bir hissəsi olaraq yaradılır.
Rəylər (0):