"Ikigai Capital" şirkəti tərəfindən vebinar keçirilib

image

Azərbaycan Respublikasının Energetika Nazirliyi və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın "Ikigai Capital" şirkətinin mütəxəssisləri tərəfindən "Private wire" mövzusunda videoformatda növbəti vebinar keçirilib.

Bu barədə "Berpaolunanenerji.az" Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə istinadən xəbər verir.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndələrinin də iştirak etdiyi vebinar mövzu haqqında məlumat sessiyasının ardından sual-cavab formatında davam etdirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *