Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə ilk hərracın artıq 2023-cü ilin birinci yarısında keçirilməsi planlaşdırılır.
"Renewables.az"ın məlumatına görə, bu barədə Trend-ə özəl müsahibəsində energetika nazirinin müavini Elnur Soltanov deyib.
"Biz artıq bunun hansı sahə üzrə reallaşdırılacağını müəyyən etmişik; ehtimalla bu əvvəlcə günəş enerjisi ilə əlaqəli layihə olacaq, lakin zamanla külək elektrik stansiyaları da nəzərdən keçiriləcək", - nazir müavini deyib.
Rəylər (0):