Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilər ciddi bərpa olunan enerji potensialına malikdir və xarici investorlar bu sahəyə böyük maraq göstərir.
Renewables.az xəbər verir ki, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin rəhbərliyi ilə Azərbaycanda müvafiq sahədə fəaliyyət göstərən "Masdar", "ACWA Power" və "Gezhouba Group" şirkətlərinin nümayəndələri işğaldan azad edilmiş ərazilərə səfər ediblər.
"Masdar", "ACWA Power" və "Gezhouba Group" şirkətlərinin nümayəndələri işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji layihələrinə investisiya yatırmaqda maraqlı olduqlarını bildirib. Tərəflər arasında növbəti görüşlərin keçirilməsi və müzakirələrin aparılmasına qərar verilib.
Rəylər (0):