Orta illik temperaturu 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün 2030-cu ilə qədər karbon emissiyaları en azı 24 qiqaton azaldılmalıdır.
“Berpaolunanenerji.az” xəbər verir ki, emissiyaların azalması hədəfinə çatmaq üçün kömürdən enerji istehsalının azaldılmasına, bərpaolunan enerji mənbələrindən elektrik istehsalının artırılmasına ehtiyac görülür.
BMT-nin “İqlim Dəyişikliyi 2022: İqlim Dəyişikliyinin Azaldılması” hesabatına görə, dünyada istixana qazı emissiyaları 2010-2019-cu illərdə tarixin ən yüksək həddinə çatıb (2019-cu ildə 59 qiqaton).
Emissiyalar, 2019-cu ildə 2010-cu ildəki səviyyəsinə görə 12 %, 1990-cı ildəki səviyyəsinə görə 54 % (21 qiqaton) daha çox olub.
Hesabata görə, günəş və külək enerjisi 2030-cu ilə qədər azaldılması lazım olan emissiya miqdarının 3-də 1-ni azalda bilər.
Qeyd edilir ki, 2010-2019-cu illərdə günəş enerjisinin qiyməti (meqavatt-saat) 85 % (2000-ci ildə bu rəqəm 600 dollar idisə, 2020-ci ildə 100 dollar olub), külək enerjisinin qiyməti isə 55 % azalıb.
Rəylər (0):