İspaniya 3 QVt gücündə üzən külək elektrik stansiyaları quracaq

image

İspaniya 2030-cu ilə qədər ərazi sularında 3 QVt-a qədər üzən külək elektrik stansiyaları qurmağı hədəfləyir.

Berpaolunanenerji.az” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İspaniya Enerji və Ətraf Mühit Nazirliyi açıqlama yayıb.

Nazirliyin açıqlamasında, üzən külək stansiyalarının qurulması üçün 0,5-1 milyon avro* dəyərində sərmayənin lazım olduğu bildirilir. Bunun səbəbi isə ölkə ərazisinin sularının turbinlərin qurulması üçün əlverişsiz və daha dərin olmasıdır.

Qeyd edək ki, Avropa Birliyi hazırda təxminən 12 QVt-lıq dəniz külək elektrik stansiyalarına malikdir və bunun 2030-cu ilə qədər ən azı 60 QVt-a, 2050-ci ilə qədər isə 300 QVt-a çatdırmaq hədəfləyir.

*(1 EUR=2.01 AZN)


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *