İspaniya Valensiya şəhərindəki məzarlıqları "yaşıl" enerji mərkəzlərinə çevirmək üçün "Requiem in Power" (RIP) layihəsinə başlayıb.
Renewables.az CNN-ə istinadən xəbər verir ki, layihə çərçivəsində məzarlıqlara 7 min günəş paneli quraşdırmaqla təxminən 2,8 MVt elektrik enerjisi istehsal ediləcək.
İstehsal olunan enerji həm ictimai xidmətlərdə, həm də evlərdə istifadə olunacaq və ildə 140 tona qədər karbon emissiyasının qarşısı alınacaq. Hesablamalara görə, RIP layihəsi tam fəaliyyətə başlayanda hər il 140 tona qədər karbon emissiyasının qarşısını alacaq. Bu layihə Valensiyanın 2030-cu il iqlim məqsədi çərçivəsində reallaşdırılır.
Valensiya qəbiristanlıqları günəş panelləri quraşdıran ilk yer deyil. Fransada bir kommuna 2021-ci ildə qəbiristanlığını bərpa olunan enerji mərkəzinə çevirmək üçün layihəyə başlayıb.
Qeyd edək ki, Valensiya şəhəri 2030-cu ilə qədər karbon neytrallığına nail olmağı hədəfləyir və bu layihə Avropa İttifaqının 2050-ci il məqsədlərinə töhfə verməyi hədəfləyir.
Rəylər (0):