Jil Remi: "Azərbaycan hidrogen istehsalında Fransa ilə əməkdaşlıq əlaqələri qura bilər"

image

Azərbaycanın alternativ enerji sahəsi üzrə hidrogen istehsalında böyük potensialı var.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bu barədə “Rebuild Karabakh” sərgisi çərçivəsində “CIFAL” qrupunun prezident Jil Remi AZƏRTAC-a açıqlama verərkən deyib.

O bildirib ki, Fransada Azərbaycan şirkətləri neft-qaz və enerji sektoruna sərmayə yatıra bilərlər. Bu zaman onlar üçün bir sıra imkanlar yaranacaq. Birincisi, Fransada bu sahələr üzrə inkişaf üçün şanslardan yararlanmaqdır. İkincisi isə Fransada mövcud olan qabaqcıl texnologiyalar barədə məlumatlanıb, daha sonra Azərbaycanda bu texnologiyaların tətbiqini reallaşdırmaqdır.

“Azərbaycanın gələcəkdə alternativ enerji sahəsi üzrə hidrogen istehsalında da aparıcı rol oynamaq imkanı var. Hazırda Fransada bu sahədə yeni şirkətlər yaranır. Azərbaycan həmin şirkətlərlə əməkdaşlıq əlaqələri qura bilər”, - deyə “CIFAL” qrupunun prezidenti vurğulayıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *