Koreya şirkətləri Qarabağdakı “Yaşıl enerji zolağı” layihəsində iştirak etməkdə maraqlıdırlar

image

"Azərbaycanın azad olunmuş ərazilərində infrastrukturun bərpasına dair layihələrdə iştirak etmək istəyən bir sıra Koreya şirkətləri Energetika Nazirliyinə müraciət ediblər".

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu "Report"a müsahibəsində Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Onq Op bildirib.

Səfirin dediyinə görə, şirkətlər daha çox Qarabağda "Yaşıl enerji zolağı" layihəsinə maraq göstərirlər. 

"Yaxın vaxtlarda müsbət nəticələr əldə edə bilərik. Azərbaycan hökuməti bu layihəyə böyük əhəmiyyət verir, biz də bu yöndəki səylərə qoşuluruq. Koreya şirkətləri hansısa layihədə iştirak etmək üçün məlumat istədikdə səfirlik bunu təmin edir" - deyə səfir vurğulayıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *