Külək enerjisinin qoyuluş gücü 90 %-dan çox artıb

image

Pandemiyaya baxmayaraq, 2020-ci ildə külək enerjisinin qoyuluş gücü 2019-cu ilə nisbətən 90 %-dan çox artıb.

"Berpaolunanenerji.az" bu barədə Beynəlxalq Enerji Agentliyinin rəsmi hesabatına əsasən xəbər verir.

Beynəlxalq Enerji Agentliyi tərəfindən yayımlanan "Bərpa Olunan Enerji Bazarı Yenilənməsi" hesabatına görə, baş verən pandemiyaya baxmayaraq, ötən il külək enerjisinin qoyuluş gücü 2019-cu ilə nisbətən 90 %-dən çox artıb.

Ötən il dünya miqyasında qurulan 114 min MVt yeni külək enerjisi gücü ilə qlobal güc 737 min MVt-a çatıb.

Hesabatda 2021-2022-ci illərdə külək enerjisi sektorunun böyümə sürətində azalmanın müşahidə ediləcəyi bildirilir. Lakin azalmanın 2017-2019-cu illərin orta böyümə sürətindən 50 % daha çox olacağı maraq doğurur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *