Mart ayında Azərbaycanda elektrik enerjisinin istehsalı azalıb

image

2022-ci ilin birinci rübü üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, mart ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2307,2 mln. kVt-saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 57,1 mln. kVt-saat, yaxud 2,4 % azalması deməkdir.

Bu barədə "Berpaolunanenerji.az"a Energetika Nazirliyindən məlumat verilib.

Mart ayında elektrik enerjisinin idxalı 10,0 mln. kVt-saat olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 mln. kVt-saat, ixrac isə 19,0 mln. kVt-saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 154,1 mln. kVt-saat azalıb.

Ümumilikdə 2022-ci ilin yanvar-mart aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 269,2 mln. kVt-saat, yəni 3,9 % artaraq 7194,2 mln. kVt-saat olub.

Hesabat dövründə ötən ilin ilk 3 ayına nisbətən elektrik enerjisinin istehsalı SES-lərdə 17,2 mln. kVt-saat artaraq 253,3 mln. kVt-saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 6,3 mln. kVt-saat artaraq 91,2 mln. kVt-saat olub.

Külək elektrik stansiyalarında 23,3 mln. kkVt-saat, günəş elektrik stansiyalarında 12,5 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 55,4 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə SES-lərdə 239,6 mln. kVt-saat, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə SES-lərdə 11,7 mln. kVt-saat, GES-də 11,6 mln. kVt-saat, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14,1 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə 565,84 mln. kVt-saat təşkil edib.

2022-ci ilin ilk 3 ayı üzrə elektrik enerjisinin ixracı 508,4 mln. kVt-saat olmaqla, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 mln. kVt-saat artıb.

Bu dövrdə elektrik enerjisinin idxalı isə 30,7 mln. kVt-saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 1,5 mln. kVt-saat azalıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *