Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində strateji investor kimi qalmaq niyyətindədir.
Renewables.az yerli mediaya istinadən xəbər verir ki, bunu “Masdar”ın Asiya və Afrika regionlarında inkişaf və sərmayələr üzrə direktoru Abdulla Zayed Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
“Şirkətimiz bərpa olunan enerji mənbələri sahəsində böyük təcrübəyə malikdir. Biz Azərbaycanda, Özbəkistanda və regionun digər ölkələrində işləyirik. Azərbaycanda uzun müddətdir fəaliyyət göstəririk. Burada layihələrin inkişaf etdirilməsində maraqlıyıq.”, - o bildirib.
A.Zayed Qaradağda 230 MVt-lıq birgə günəş enerjisi layihəsinin əhəmiyyətini vurğulayıb: “Ötən gün biz daha bir müqavilə imzaladıq. Ancaq Azərbaycanın bərpa olunan enerji mənbələrində inkişaf üçün daha böyük potensialı var”.
Rəylər (0):