Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində "Masdar" şirkəti ilə Gürcüstanın Enerji İnkişafı Fondu (GEDF) arasında səhmdarlar müqaviləsi (Shareholders' Agreement) imzalayıb.
Renewables.az GEDF-ə istinadən xəbər verir ki, müqaviləni "Masdar"ın baş icraçı direktoru Məhəmməd Cəmil Al Ramahi və GEDF-in direktoru Caba Xmaladze imzalayıb.
Qeyd edək ki, "Masdar" Gürcüstanın Qardabani ərazisində ölkənin ən böyük, 100 MVt gücündə günəş elektrik stansiyası inşa edəcək.
Layihəyə əsasən, yeni günəş elektrik stansiyasının təxmini illik istehsalı 196,7 milyon kilovat-saat təşkil edəcək. Layihənin dəyəri təxminən 87 milyon dollardır. Yeni elektrik stansiyasının tikintisi Gürcüstanın idxal olunan elektrik enerjisindən asılılığını azaltmağa, yerli mənbələri şaxələndirməyə və yeni iş yerlərinin açılmasına kömək edəcək.
Xatırladaq ki, 2021-ci ilin sonunda GEDF ilə Masdar arasında Gürcüstanda gücü 100 MVt-a qədər olan günəş layihəsinin birgə işlənməsi haqqında saziş imzalanıb.
Rəylər (0):