BƏƏ-nin bərpaolunan enerji şirkəti Masdar Özbəkistanda toplam gücü 440 MVt olan iki Günəş Elektrik Stansiyası (GES) inşa edəcək.
"Berpaolunanenerji.az"ın Özbəkistan energetika nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, elan olunan tenderin qalibləri açıqlanıb.
Məlumatda bildirilir ki, Özbəkistanda ictimai-özəl əməkdaşlığı çərçivəsində, hər birinin gücü 220 MVt olan, Cizzəx və Səmərqənd vilayətlərində inşa ediləcək günəş elektrik stansiyaları tenderinin qalibi Masdar şirkəti olub.
Açıqlamaya görə, şirkət Cizzəx vilayətindəki GES layihəsini 1,823 ABŞ dolları/kVt·st, Səmərqənd vilayətindəki GES layihəsini isə 1,791 ABŞ dolları/kVt·st ilə qazanıb.
Stansiyalar ildə 160.000 ton karbon qazı emissiyasının qarşısını alacaq və 270 mln. kVt·st təmiz enerji istehsal edəcək.
Rəylər (0):