"Masdar"ın baş meneceri: "Azərbaycanın bərpaolunan energetika sahəsini inkişaf etdirmək bizim üçün böyük şərəfdir"

image

"Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatlarımızın neft və qaza əsaslandığı ümumi irsi bölüşsələr də, bu gün ölkələrimiz anlayırlar ki, şaxələndirilmiş enerji balansına investisiyalar yalnız düzgün etik seçim deyil, həm də ağıllı iqtisadi strategiyadır. İqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üçün lazım olan investisiyalar Azərbaycan iqtisadiyyatının inkişafına və şaxələndirilməsinə, bilik və bacarıqların toplanmasına kömək edəcək, həmçinin bizim hamımıza təsir edən qlobal problemin həllinə əməli töhfə verəcəkdir. 

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Bakıda keçirilən “Greentech Summer Camp 2021” təlim proqramı çərçivəsində təşkil olunmuş mətbuat konfransında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin baş meneceri Hüseyn Əl Meer jurnalistlərə deyib.

“Masdar” 2006-cı ildən etibarən iqlim dəyişikliyi probleminin həllində fəal rol oynayır və Azərbaycanın bərpaolunan energetika sahəsini inkişaf etdirməyə, enerji mənbələrini şaxələndirməyə və davamlı inkişafı stimullaşdırmağa kömək etmək üçün dünyanın 30-dan çox ölkəsində topladığımız təcrübədən istifadə etmək bizim üçün böyük şərəfdir”, - deyə Husain Al Meer bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *