İtaliyada səfərdə olan energetika naziri Pərviz Şahbazov Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev ilə görüşüb.
Renewables.az-a bu barədə Energetika Nazirliyindən bildirilib.
Görüşdə isə iki ölkənin enerji əməkdaşlığının aktual məsələləri, “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” və COP çərçivəsində keçirilən tədbirlərlə bağlı müzakirələr aparılıb.
COP zamanı imzalanması planlaşdırılan “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”, üç ölkənin enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə görülən işlər, o cümlədən Bakıda Birgə Müəssisənin yaradılması, milli enerji şirkətlərinin Birgə Müəssisədə iştirak paylarının müəyyənləşdirilməsi və layihənin texniki-iqtisadi əsaslandırmasından irəli gələn məsələlər nəzərdən keçirilib.
Həmçinin Qazaxıstanın nüvə enerjisi sahəsində fəaliyyətinə və bu xüsusda təcrübə mübadiləsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi edilib.
Rəylər (0):