Naxçıvan MR-nın Culfa rayonunda Külək-Günəş HES tikilir

image

Muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə xüsusi diqqət yetirilir, perspektivlər də nəzərə alınaraq yeni günəş və su elektrik stansiyaları inşa olunur. Bu istiqamətdə görülən işlərin davamı olaraq ilk dəfə Culfa rayonunda yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası tikilir.

İnşa zamanı 3400 ədəd 280 vatt gücündə günəş panellərindən və 5 ədəd 10 kilovat gücündə külək generatorundan, 50 kilovat gücündə 20 günəş və 10 kilovat gücündə olan 5 külək invertorlarından istifadə ediləcək.

Hazırda quraşdırılma işləri davam etdirilir, stansiya hələlik ümumi olaraq 1 meqavat gücündə layihələndirilib və gələcək perspektiv plana uyğun olaraq gücün artırılması nəzərdə tutulub.

Stansiyada 1 ədəd 1250 kilovat gücündə transformator yarımstansiyası quraşdırılıb, 3 hektardan çox ərazidə inşa olunan stansiyanın tikinti-quraşdırma işləri yüksək keyfiyyətlə aparılır. Ərazidə günəş panellərinin yerləşdirilməsi üçün dəmir strukturlar da yerləşdirilib, külək turbinlərinin bünövrəsi qoyulub. Həmçinin burada yarımstansiya və idarəetmə binası da tikilib, artıq stansiyada son tamamlanma işləri aparılır. Yaxın vaxtlarda istifadəyə veriləcək yeni Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyası muxtar respublikanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək.


Azərtac

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *