2020-ci ildə muxtar respublikada 424 milyon 414 min 532 kilovat-saat elektrik enerjisi istehsal olunub ki, bunun da 157 milyon 70 min 924 kilovat-saatı və ya 37 faizi su elektrik stansiyalarında, 40 milyon 943 min 976 kilovat-saatı və ya 9,7 faizi isə günəş elektrik stansiyalarında istehsal edilib.
"Berpaolunanenerji.az" "NUHÇIXAN" İnformasiya Agentliyinə istinadən xəbər verir ki, alternativ və bərpa olunan elektrik stansiyalarında elektrik enerjisi istehsalının həcmi ümumi istehsalın 46,7 faizini təşkil edib. 2020-ci ildə ölkə üzrə günəş elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 89,3 faizi muxtar respublikada istehsal olunub.
Muxtar respublikada bərpa olunan enerji istehsalı sahələrinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq 2021-ci ilin yanvar-fevral aylarında Ordubad rayonunda 36 meqavat gücündə Ordubad və 15,6 meqavat gücündə Tivi Su Elektrik stansiyalarının, Şərur rayonunda 5 meqavat gücündə Günəş Elektrik Stansiyasının, Culfa rayonunda 1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyasının tikintisi davam etdirilib.
Rəylər (0):