"Cənab nazir Pərviz Şahbazova detallı məlumat üçün təşəkkür edirəm. Əlbəttə ki, biz özümüz, öz təşkilatlarımız, rəhbərlik etdiyimiz təşkilatlarımız çərçivəsində üzərimizə düşən işləri fəal şəkildə həll etməyə çalışırıq, uğur əldə edib və buna nail oluruq. Lakin eyni zamanda qeyd etmək istəyirdik ki, hər iki ölkənin rəhbərləri arasındakı olan sıx münasibətlər və münasibətlərə qədər apardığımız əməkdaşlıq bütün aspektlərini əhatə edən təlimatlara görə biz onlara dərin təşəkkürümüzü bildiririk. Çünki onların birgə əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı istəkləri ikitərəfli əlaqələrin yüksək səviyyədə qurulmasını təmin edir".
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud yanvarın 13-də keçirilən mətbuat konfransında deyib.
"Ölkələrimizi məsafələr ayırır. Lakın bizim ümumi gündəliyimizin və ümumi istəklərimizin həyata keçirilməsinə heç nə manə olmur.
Bu gün biz külək elektrik stansiyası üzrə razılaşmanın icra mərhələsinin başlandığını təməlqoyma ilə elan edirik. Dövlət başçısının birbaşa bizim bugünkü tədbirdə iştirakı məhz tərəfdaşlığımızın təzahürüdür. Biz görürük ki, ölkənizin rəhbərinin verdiyi dəstək sayəsində bizim münasibətlərimiz davamlı inkişaf etməkdədir və biz artıq bu razılaşmanın icrasına başladığımız zaman həmçinin ümid edirik ki, indi imzaladığımız anlaşma memorandumu vasitəsilə bizim münasibətlər daha növbəti bir səviyyəyə çatacaq və digər sahələri də əhatə edəcək", - deyə nazir qeyd edib.
Rəylər (0):