Nazir: "İşğaldan azad olunan ərazilərdə "yaşıl enerji"yə dair bir neçə layihə artıq təsdiqlənib"

image

Azərbaycanın işğaldan azad olunan ərazilərində "yaşıl enerji"nin yaradılması və inkişafına dair bir sıra layihə ilkin olaraq artıq təsdiqlənib.

"Berpaolunanenerji.az"ın xəbərinə görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" adlı müstəqil hesabatının növbəti nəşrinin təqdimatında çıxış edərkən deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə digər layihələrin də icrası nəzərdə tutulur ki, onların da üzərində danışıqlar aparılır.

"Bu layihələr ofşor və onşor formatında olacaq. Əlbəttə, qanunvericiliyin təkmilləşdirilməsi də paralel olaraq aparılır. Bu da eyni zamanda orta ölçülü investorlar üçün çıxış yaradır. Biz bilirik ki, enerji potensialı var", - deyə nazir qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *