Azərbaycan Qara dənizin dibi ilə kabel çəkilişi layihəsinin uğurla həyata keçirilməsi üçün Dünya Bankı, Asiya İnkişaf Bankı (ADB) və digər beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir.
Renewables.az-ın yerli mediaya istinadən xəbərinə görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov “Orta Dəhliz: Avropa və Asiya arasında əlaqələrin yenidən qurulması” mövzusunda panel müzakirəsi zamanı deyib.
“Azərbaycan bu layihənin bir hissəsidir. Xəzər dənizi bərpa olunan mənbələr baxımından böyük enerji potensialına malikdir”, - o vurğulayıb.
“Bildirildiyi kimi, bu layihə ilə əsasən dənizin dibi ilə elektrik enerjisinin nəqli həyata keçiriləcək. Beləliklə, bu, həm Gürcüstanın, həm də Azərbaycanın enerji istehsalı potensialının artırılmasını əhatə edəcək. Azərbaycan enerji keçid strategiyasını qəbul edib. Bu strategiyaya əsasən, o, təbii yanacağa əsaslanan elektrik enerjisi istehsal gücünü tədricən bərpa olunan enerji mənbələri ilə əvəz edəcək”, - nazir əlavə edib.
Onun sözlərinə görə, bu səylərin bir hissəsi Azərbaycanın Xəzər şelfində bərpa olunan enerji mənbələrindən istifadə üçün böyük potensialın açılmasıdır: “Beləliklə, biz bir sıra beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq edirik. İlk növbədə, bu, Dünya Bankıdır. Biz bu layihənin inkişafında Avropa Yenidənqurma və İnkişaf Bankı və ADB-in də rolunu görürük”.
Nazir həmçinin qeyd edib ki, bərpa olunan enerji mənbələrinin potensialının araşdırılması və açılması Azərbaycanın enerji keçidinə sadiq olduğunu göstərir: "Bu, ilk növbədə, iqtisadiyyatın neft və qazdan bərpa olunan enerji mənbələrinə doğru şaxələndirilməsinə istiqamətləndirmək deməkdir, - o bildirib.
S.Şərifov vurğulayıb ki, bu il Azərbaycan çox mühüm qlobal iqlim konfransı COP29-a ev sahibliyi edəcək.
Nazir qeyd edib ki, Azərbaycan 2030-cu ilə qədər yəqin ki, bərpa olunan mənbələrdən 5 QVt-a qədər enerji istehsal edə biləcək: "Bu həm dövlət investisiyaları, həm də özəl kapital hesabına həyata keçiriləcək".
Azərbaycanın həyata keçirdiyi layihələr barədə məlumat verən S.Şərifov nəzərdə tutulan layihələri, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini qeyd edib.
Rəylər (0):