Niderland bərpa olunan enerji sektorunda Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır.
"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Niderlandın Azərbaycandakı səfiri Pauline Eizeman Trend-in sualını cavablandırarkən deyib.
"Niderland Azərbaycanla xüsusilə dənizdə külək enerjisi sektorunda əməkdaşlıq etmək istərdi", - səfir deyib.
O qeyd edib ki, hələlik konkret layihələr olmasa da, Niderland böyük ekspert bazasına malikdir, eləcə də çoxsaylı Niderland şirkətləri Azərbaycanda alternativ enerji sahəsinə mühüm töhfə verə bilər.
Rəylər (0):