“Nobel Energy” Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının inşasını planlaşdırır

image

NEQSOL Holding-in tərkibində olan “Nobel Energy” Cəbrayıl rayonunda günəş elektrik stansiyasının inşasını planlaşdırır.

Renewables.az-ın əldə etdiyi məlumata görə, layihə regionun "yaşıl enerji" zonasına çevrilməsi məqsədlərinə xidmət edəcək.

Ümumi gücü 100 meqavat olan layihənin icrası nəticəsində ildə 180 milyon kilovat-saat enerji istehsalı nəzərdə tutulur, bu isə orta hesabla 58 000-ə yaxın evi elektrik enerjisi ilə təmin edəcək. Stansiyanın tikintisi zamanı 600 nəfərin, istismara verildikdən sonra isə 80 nəfərin işlə təmin edilməsi planlaşdırılır.

NEQSOL Holding Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması və inkişafı üçün sərmayə planlarını açıqlayıb. NEQSOL Holding bölgənin bərpası və inkişafı üçün ümumilikdə 200 milyon manatadək sərmayə yatırmağı planlaşdırır. 

NEQSOL Holding beynəlxalq şirkətlər qrupu 11 ölkədə telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərir.


 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *