Almaniyanın külək turbini istehsalçısı “Nordex”in Türkiyədə 1000-ci külək turbini inşa edilib.
“Berpaolunanenerji.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, turbin İstanbulda yerləşən "Ömerli" külək elektrik stansiyasında qurulub.
Qeyd edək ki, alman şirkəti 2008-ci ildən Türkiyənin külək elektrik stansiyalarını turbinlərlə təmin edir.
Şirkətin ölkədə bazar payı 26,8 %-dir və külək enerjisi sektorunda 3 QVt güclə birincidir.
Rəylər (0):