Cari ilin yanvar ayında ölkənin günəş elektrik stansiyalarının elektrik enerjisi istehsalı 18,2 mln. kVt-saat təşkil edib.
Renewables.az Energetika Nazirliyinin yaydığı elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,27 mln. kVt-saat və ya 4,6 dəfə çoxdur.
Qeyd edək ki, bu ilin yanvar ayında Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə günəş elektrik stansiyalarında 2,74 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Rəylər (0):