Ötən il Aİ-də rekord gücdə külək elektrik stansiyaları inşa edilib

image

Avropa İttifaqı (Aİ) 2023-cü ildə quruda 14 QVt, dənizdə 3 QVt olmaqla ümumilikdə 17 QVt gücündə yeni külək elektrik stansiyaları inşa edib.

Renewables.az WindEurope-nin məlumatlarına istinadən xəbər verir ki, bu, Aİ-də indiyə qədər bir il ərzində quraşdırılan ən böyük külək enerjisi gücüdür.

Qoyuluş gücünə görə Almaniya (3,57 QVt), Niderland və İsveç liderdir. Niderland ən çox dənizdə külək elektrik stansiyaları, o cümlədən 1,5 QVt gücündə ən böyük külək parkı olan "Hollandse Kust Zuid"i inşa edib.

Beynəlxalq Enerji Agentliyi (IEA) proqnozuna görə, Avropa İttifaqı 2024-28-ci illər ərzində ildə 23 QVt yeni külək enerji gücü quraşdıracaq. Avropa Birliyinin 2030-cu il iqlim və enerji təhlükəsizliyi hədəflərinə çatmaq üçün isə 30 QVt gücündə bərpa olunan enerji stansiyaları qurulmalıdır.

Ötən il Aİ-də istehsal olunan elektrik enerjisinin 19 %-ni külək enerjisi,13 %-ni hidroenerji, 8 %-ni günəş enerjisi, 3 %-ni isə bioenerji qarşılayıb. Ümumilikdə bərpa olunan enerji istehsal olunan elektrik enerjisinin 44 %-ni təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *