İnnovasiyalarla yanaşı, davamlı və dayanıqlı inkişafa sadiqliyini bir daha vurğulayan “Azercell” ölkə üzrə ekoloji cəhətdən təmiz texnologiyalar tətbiq etməyə davam edir. Ətraf mühitin qorunmasını diqqət mərkəzində saxlayan lider mobil operator Qarabağda yaşıl baza stansiyalarının sayını 35-ə çatdırır.
Beləliklə, “Azercell” azad edilmiş ərazilərdə yaşıl baza stansiyalarını Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam Laçın və Kəlbəcərdə istifadəyə verib. Eyni zamanda, şirkətin günəş enerjisi ilə işləyən baza stansiyaları Tovuz və Qobustanda da fəaliyyət göstərir.
Ekoloji baxımdan daha yaşıl olan bu baza stansiyalarının enerji tələbatının 60 faizi bərpa olunan enerji hesabına qarşılanır. Bu da öz növbəsində insan fəaliyyətinin ətraf mühitə neqativ təsirinin azaldılmasında mühüm rol oynayır, karbon emissiyasının və enerji sərfiyyatının minimallaşdırılmasını təmin edir.
Rəylər (0):