Xəzər və Qafqaz regionlarının ən böyük bərpa olunan enerji stansiyası olan 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasında (GES) istismara verildiyi tarixdən bu günədək stansiyada 458,8 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.
Renewables.az-ın Energetika Nazirliyinə istinadən xəbərinə görə, stansiya ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etdiyi üçün yaşıl enerji mənbəyi hesab olunur və stansiyada yaşıl enerji istehsal edilməklə atmosferə istixana effekti yaradan qazların atılmasının qarşısı alınır.
Qeyd edək ki, 2023-cü il oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkəti tərəfindən Azərbaycanda inşa edilən 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının (GES) rəsmi açılış mərasimi olub.
Rəylər (0):