Qazaxıstan Prezidenti: "Yaşıl" hidrogen istehsalı ilə bağlı 50 milyard avro dəyərində müəssisə yaradılır"

image

Ən perspektivli və irimiqyaslı layihələrdən biri Manqistau regionunda “yaşıl” hidrogen istehsalı layihəsidir. Orada Almaniya-İsveç şirkəti “Svevind Energy Group” ilə birgə 50 milyard avro dəyərində unikal müəssisə yaradılır. 

Renewables.az xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən öncə “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

"Bu gün bütün sivil dünya iqtisadiyyatın dərindən karbonsuzlaşdırılması məqsədinə doğru irəliləyir və Qazaxıstan da istisna deyil. Biz qarşımıza 2060-cı ilə qədər karbon neytrallığına nail olmaq kimi kifayət qədər iddialı bir məqsəd qoymuşuq. Ölkədə elektrik enerjisi istehsalının 70 faizinin kömürdən istifadə hesabına təmin edildiyini nəzərə alsaq, bu, kifayət qədər çətin hədəfdir. Buna baxmayaraq, ölkəmizdə “yaşıl” enerjinin potensialı çox böyükdür: söhbət ildə 1 milyard QVt-saat enerjidən gedir. Bununla əlaqədar olaraq, bu gün dünyanın ən böyük şirkətləri investisiya yatırmağa böyük maraq göstərirlər", - Tokayev vurğulayıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *