Qazaxıstanın cənubunda 1 QVt gücündə külək elektrik stansiyası tikiləcək

image

Yaxın zamanda Qazaxıstanın cənubunda 1 QVt gücündə külək elektrik stansiyası tikiləcək.

Renewables.az xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən öncə “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Qazaxıstan Prezidenti qeyd edib ki, Səudiyyə Ərəbistanının “ACWA Power”, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” və s. bu kimi aparıcı qlobal şirkətlərlə layihələrin həyata keçirilməsi strateji rol oynayır. 

Qeyd edək ki, Qazaxıstan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında 1 QVt gücündə külək elektrik stansiyasının tikintisi üzrə birgə layihənin icrasına dair saziş imzalanıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *