2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın külək elektrik stansiyalarının elektrik enerjisi istehsalı 49,1 mln. kVt-saat təşkil edib.
Renewables.az elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,3 mln. kVt-saat və ya 33 faiz azdır.
Qeyd edək ki, bu dövrdə "Azərişıq" ASC üzrə külək elektrik stansiyalarında 37,8 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.
Rəylər (0):