Rusiya 2035-ci ildə dünyanın ən böyük hidrogen istehsalçıları və ixracatçılarından birinə çevrilə bilər.
“Berpaolunanenerji.az”ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
“Yaxın illərdə az miqdarda istixana qazı emissiyası olan hidrogenin istehsalı və onun enerji, nəqliyyat və sənaye sahələrində istifadəsi üzrə pilot layihələrin yerinə yetirilməsinə başlanılacaq”, - V. Putin qeyd edib.
Ölkə başçısı vurğulayıb ki, ölkədə artıq hidrogen enerjisinin inkişafı konsepsiyası həyata keçirilir.
Bundan başqa, V. Putinin sözlərinə görə, 2060-cı il üçün Rusiya karbon neytrallığına nail olmağı planlaşdırır. Ölkə son vaxtlar aşağı karbonlu iqtisadiyyatın yaradılması istiqamətində bir sıra mühüm addımlar atıb.
Rəylər (0):