SOCAR “Financial Times”ın təşkilatçılığı ilə keçirilən Enerji keçidi Sammitində iştirak edib

image

London şəhərində “Financial Times” mətbuat orqanının təşkilatçılığı ilə Enerji keçidi Sammiti keçirilib.

İri sənaye müəssisələrinin, beynəlxalq şirkətlərin rəhbərlərini, maliyyə və biznes liderlərini, investorları bir araya gətirən sammit müasir sənayenin yeni enerjiyə keçid siyasətinə uyğunlaşdırılması, enerji effektivliyi, həmçinin enerji təhlükəsizliyi mövzularına həsr olunub.

Renewables.az SOCAR-a istinadən xəbər verir ki, sammitdə iştirak edən SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Təmiz enerjinin çatdırılması: 2030-cu ildə neft və qaz şirkətlərinin gələcək görünüşü” mövzusunda panel müzakirəsində çıxış edib.

Əfqan İsayev çıxışında tədbir iştirakçılarına SOCAR-ın dekarbonizasiya və enerji keçidi sahəsində fəaliyyəti, həyata keçirilən layihələr, habelə gələcək hədəflər barədə ətraflı məlumat verib.

Çıxışda SOCAR apstrim seqmentində birbaşa emissiyaları minimum səviyyəyə endirməyə nail olunduğu qeyd edilib. Bu təcrübənin digər seqmentlərdə də emissiyaların azaldılması üçün aşağı karbonlu biznes modelləri və strategiyaların hazırlanmasına imkan verəcəyi diqqətə çatdırılıb.

Panel müzakirələr zamanı, həmçinin SOCAR-ın yaşıl enerjiyə keçid proqramı çərçivəsində Masdar, bp, ACWA Power və digər şirkətlər ilə əməkdaşlıq əlaqələri haqqında məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *