Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Brookfield” şirkətinin idarəedici partnyoru və Yaxın Şərq üzrə rəhbəri Jad Ellaun ilə görüşüb.
Renewables.az SOCAR-a istinadən xəbər verir ki, görüşdə dünyanın ən böyük investisiya şirkətlərindən biri olan “Brookfield” şirkətinin müxtəlif ölkələrdə həyata keçirdiyi infrastruktur layihələri haqqında ətraflı məlumat verilib.
Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli korporativ strategiyasından bəhs edilib, bu xüsusda enerji təhlükəsizliyi, enerji keçidi, rəqəmsallaşma, biznes dayanıqlılığı, səmərəlilik və optimallaşdırma kimi təməl elementlərin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyi vurğulanıb.
Tərəflər Azərbaycanda xarici sərmayədarlar üçün yaradılan əlverişli investisiya mühitindən danışıb, bu istiqamətdə təmiz və rəqəmsal enerji texnologiyalarının tətbiqi, dekarbonizasiya, infrastruktur layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Rəylər (0):