Şotlandiya ərazi sularında 10 QVt gücündə külək elektrik stansiyası quracaq

image

Şotlandiya 2030-cu ilə qədər üzən stansiyalar da daxil olmaqla, ərazi sularında 10 QVt gücündə külək elektrik stansiyası inşa edəcək.

Bu barədə “Berpaolunanenerji.az” BBC-yə istinadən xəbər verir.

Şotlandiya önümüzdəki on il ərzində inşa ediləcək 10 QVt-a qədər dəniz külək elektrik stansiyaları üçün təyin etdiyi ərazilərdən təklif alma müddətini tamamladı.

Belə ki, “Crown Estate Scotland”ın “ScotWind Leasing” proqramının nəticələri 2022-ci ilin əvvəllərində elan olunacaq. Proqram çərçivəsində 8 milyard funt-sterlinq sərmayə qoyulacağı planlaşdırılır.

Sərmayəçilər lizinq üsulu ilə “ScotWind” proqramına daxil olan, dövlətin təyin etdiyi ərazilərdə sualtı sahə kirayələyərək külək turbinlərini qura biləcək.

İspaniyanın “Iberdrola” şirkətinin “ScottishPower” və İngiltərənin neft şirkəti “Shell”, Şotlandiyanın şimal-qərbində dünyanın ilk böyük ölçülü üzən, açıq dənizdə külək elektrik stansiyaları üçün ortaq təklif verdiklərini bildirdilər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *