Şotlandiyanın ən böyük dənizdə külək parkı tam gücü ilə elektrik istehsalına başlayıb

image

"SSE Renewables" və "TotalEnergies", Şotlandiya sahillərində yerləşən 1,1 QVt gücündəki dənizdə külək elektrik stansiyasının tam gücü ilə elektrik istehsalına başladığını açıqlayıb.

Renewables.az "WindEurope"nin yaydığı məlumata əsasən xəbər verir ki, "Seagreen" dənizdə külək parkında Danimarkanın "Vestas" şirkətinə məxsus 114 ədəd "V164-10,0 MVt" turbini quraşdırılıb.

Şimal dənizinin Anqus sahilindən 27 km məsafədə yerləşən Seagreen indi Şotlandiyanın ən böyük külək parkıdır. "Seagreen" həm də dünyanın ən dərin sabit bünövrəli stansiyadır. Stansiyanın ən dərin bünövrəsi dəniz səviyyəsindən 58,7 metr aşağıda quraşdırılıb.

1,075 MVt gücündə olan layihə hər il demək olar ki, 1,6 milyon evi elektrik enerjisi ilə təmin etmək gücünə malikdir ki, bu da bütün Şotlandiyada evlərinin üçdə ikisinə bərabərdir. Stansiya həmçinin hər il 2 milyon tondan çox karbon qazı emissiyasının atmosferə buraxılmasının qarşısını alacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *