İşğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri intensiv şəkildə həyata keçirilir. Suqovuşanda su elektrik stansiyalarının istifadəyə verilməsi məhz bu istiqamətdə həyata keçirilən tədbirlərin sistemli xarakter daşıdığından xəbər verir.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, su elektrik stansiyalarının bərpa edilməsi, həm də həmin ərazilərdə yaşayan və məskunlaşacaq vətəndaşlarımızın elektrik enerjisi ilə təminatının ödənilməsində xüsusi rol oynayacaq. Bu, elektrik şəbəkəsinin inkişaf etdirilməsi, elektrik enerjisinə çıxışın əlçatanlığının artırılması baxımından da vacib hesab olunur.
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələri həmin ərazilərdə iqtisadiyyatın bərpa edilməsinə, Qarabağın Azərbaycan iqtisadiyyatına reinteqrasiyasına təkan verəcək. Bu ondan xəbər verir ki, məskunlaşma prosesi proqnozlaşdırıldığından daha tez həyata keçirilə bilər”, - deyə V.Bayramov vurğulayıb.
Rəylər (0):